“Gənclərin peşəyönümü tərbiyəsinin təşkili” mövzusunda maarifləndirici söhbət aparılıb

Dekabrın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları “Gənclərin peşəyönümü tərbiyəsinin təşkili” mövzusunda maarifləndirici söhbət aparıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları Xədicə Həbibullayeva və Yusif Fətəlizadə hazırkı dövrdə əmək bazarındakı mövcud vəziyyəti və işsizliyi yarada bilən amilləri diqqətə çatdıraraq qeyd ediblər ki, əmək bazarında peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçimi vacib amillərdəndir və bu istiqamətdə valideynlərin övladlarını düzgün peşə seçiminə yönəltmələrinin önəmi çox böyükdür.

Çıxış edən mütəxəssislər ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, peşə hazırlığı və əlavə təhsil kursları, məşğulluq tədbirləri haqqında məlumat veriblər.

Sonda yuxarı sinif şagirdləri və valideynlərin sualları cavablandırılıb, onlara məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü və digər məşğulluq tədbirləri barədə məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi