"“Kiçik Akademiya” prezidentlərinə təlim"də iştirak edib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş ““Kiçik Akademiya” prezidentlərinə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində təşkil olunan 20 sentyabr-20 dekabr tarixindən başlayaraq hər gün 1 akademik saat olmaqla 3 gün davam edən təlimdə məktəbin sözügedən işə məsul əməkdaşı məktəbin biologiya müəllimi İradə Axundova iştirak edib.

Təlim zamanı elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olan “Kiçik Akademiya”lar barədə fikir mübadiləsi aparılıb, müzakirə olunan məsələlərə dair müvafiq tövsiyələr verilib.

Təlimin keçirilməsində məqsəd “Kiçik Akademiya” rəhbərlərinin sistemli və səmərəli fəaliyyətini təmin etmək, onlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində sağlam rəqabət mühiti yaratmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi