Ədəbi-bədii gecə keçirilib

Dekabrın 6-da məktəbin akt zalında məktəbin rus dili və ədəbiyyatı müəllimi İlhamə Kərimovanın təşkilatçılığı ilə 6 "Ə" sinif şagirdlərinin təqdimatında dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəlim və şagird kollektivi iştirak edib.

İlhamə Kərimova A.S.Puşkinin həyat və yaradıcılığı barədə ətraflı danışıb. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolu, onun dünya ədəbiyyatına etdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, rus ədəbiyyatına zəngin töhfələr vermiş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri Azərbaycanın görkəmli şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub və Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olduğu vurğulanıb.

Şagirdlər şairin yaradıcılığına həsr olunmuş şeirlər səsləndirib, əsərlərindən nümunələr səhnələşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi