Diplom və hədiyyələrlə mükafatlanıblar

Səbail rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilib.

“Mənim bayrağım” adlı müsabiqələrin təşkil olunmasının əsas məqsədi məktəbliləri millimənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarət olub.

Səbail rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqələrin nəticələrinə əsasən, məktəbin 11 "C" sinif şagirdi Ləman Cəfərova inşa yazı müsabiqəsində birinci, 8 "F" sinif şagirdi Könül Əmirxanova isə rəsm müsabiqəsində ikinci yeri tutduğuna görə diplom və hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi