"QİÇS-lə mübarizə günü"
01.12.2018-ci il tarixində məktəbimizdə 1 dekabr QİÇS-lə mübarizə günü ilə əlaqədar olaraq,dəyirmi masa keçirilmişdir.Tədbir məktəbin Tərbiyə işləri üzrə direktor müavini Paşayeva Humay,məktəbin biologiya müəllimləri Allahverdiyeva İlahiyə və Kelbiyeva Sovqatın təşkilatçılığı ilə keçirilmişdir.Məqsəd şagirdləri QİÇS xəstəliyinin təhlükəsi və yoluxması yolları ilə tanış etməkdir.Şagirdlər QİÇS xəstəliyinin yoluxma yollarından Azərbaycanda bu xəstəliyin vəziyyətindən topladıqları məlumatları təqdim etdilər.Dəyirmi masada həmçinin Pirallahı rayon İcra hakimiyyətinin nümayəndələri Yusibov Seymur,Əliyeva Səbinə də iştirak etmişdilər.Tədbirdə həmçinin məktəbin direktoru Şahin Allahverdiyev də öz fikirlərini bildirdi.