"Narkomaniya və onun törətdiyi fəsadlar" mövzusunda seminar

   21 may 2024-cü il tarixində biologiya müəllimi İlahiyə Allahverdiyevanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə narkomaniya, onun törətdiyi fəsadlar və bu bəlanın qarşısının alınmasına həsr edilmiş seminar keçirilib. Şagirdlərə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına zərəri, onun doğurduğu fəsadlar haqqında həm şifahi, həm də təqdimat vasitəsilə məlumat verilib. Seminar iştirakçıları narkotik və psixotrop maddələrin insanın fiziki sağlamlığına və mənəviyyatına vurduğu zərərlər, yaratdığı problemlər barədə məlumat verib, şagirdlərə asudə vaxtlarını səmərəli keçirməyə çağırıb və öz sağlamlıqlarının qeydinə qalmağı məsləhət görüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi