"Heydər Əliyevin adı Azərbaycanın şərəf və ləyaqət ucalığının rəmzidir" mövzusunda təqdimat dərs
10 may 2024-cü il tarixində fənn müəllimi Təranə Əliyeva 8b sinfində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Heydər Əliyevin adı Azərbaycanın şərəf və ləyaqət ucalığının rəmzidir" mövzusunda təqdimat dərs tədris etmişdir. Məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynadığını və Azərbaycan dövlətinin qurucusu olduğunu şagirdlərə öyrətmək olmuşdur. Dərs zamanı bu istiqamətdə şagirdlərdə düzgün təhliletmə, müzakirəetmə, sərbəst nəticəçıxarma, dəyərləndirmə və tədqiqat vərdişlərinin formalaşmasına nail olunmuşdur. Dərsin tərbiyəvi əhəmiyyəti Heydər Əliyevin nümunəsində şagirdlərdə vətənpərvəlik hissini daha da yüksəltməklə onlarda mübarizlik, cəsurluq, cəsarətlilik kimi insani keyfiyyətləri inkişaf etdirmək, xalqa məhəbbət, düşmənə nifrət hissini gücləndirmək idi. Müəllim mövzunun tədrisində fənlərarası inteqrasiya yaratmış və fəal təlim üsullarından bacarıqla istifadə etmişdir.