IV siniflərin birgə təşkilatçılığı ilə “Ana dilimizi sevək, qoruyaq!” mövzusunda tədbir keçirilib

 Məktəbin illik Fəaliyyət planına uyğun olaraq 23 fevral 2024-cü il tarixində ibtidai sinif rəhbərləri Elnarə Salayeva, Arzu Məmmədova və Mahirə Kamilovanın təşkilatçılığı ilə “Ana dilimizi sevək, qoruyaq!” mövzusunda tədbir keçirilib.

Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.

Tədbirdə ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs edilib.

Şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib və mövzuya uyğun səhnəciklər, rəqslər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi