5b sinfində “Xocalıya gedən yol” mövzusunda dəyirmi masa keçirilib.

 Xocalı soyqrımının 32-ci ildönümü ilə əlaqədar 22 fevral 2024-cü il tarixində fənn müəllimləri Türkan Məmmədova, Təranə Əliyevanın birgə təşkilatçılığı və 5b sinif şagirdlərinin iştirakı ilə “Xocalıya gedən yol” mövzusunda dəyirmi masa keçirilib.

Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Daha sonra şagirdlərin təqdimatları dinlənilib. Şagirdlər Xocalı soyqırımı haqqında danışaraq qanlı soyqırım qurbanlarını xatırlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi