Xocalı soyqırımı ilə bağlı dəyirmi masa

  Xocalı soyqırımı ilə bağlı məktəbin tarix müəllimləri Əliyeva Təranə və Məmmədova Türkan dəyirmi masa keçirib.Məmmədova Türkan VIII siniflərə soyqırım haqqında məlumat verib.Xocalıda baş verən faciə haqqında videoçarx izləyən şagirdlər erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı ilə yaxından tanış olub.Daha sonra şagirdlər Xocalıya aid şeirlər söyləyib.

   Məktəbin tarix müəllimi Əliyeva Təranə də şagirdlərlə Xocalı soyqırımının ildönümü ilə bağlı dəyirmi masa keçirib.O,şagirdlərə soyqırımının Azərbaycanın tarixində qanlı hərflərlə yer aldığını bildirib.Daha sonra şagirdlərin Xocalı faciəsinə həsr etdikləri referatlar dinlənilib və divar kağızları nümayiş edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi