Metodbirləşmənin iclası keçirildi

     01.09.2025-ci il tarixində N.S.Teymurov adına 231 nömrəli məktəbdə metodbirləşmə sədrlərinin dəyirmi masası keçirildi. Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən fənn metodbirləşmələrin işi Təhsil Qanunu Təhsil Nazirliyinin əmr, sərəncam, təlimat, göstəriş və digər normativ sənədlərinin əsasında təşkil edilir. Fənn metodbirləşmələrinin məktəbin fəaliyyətində rolu böyükdür. Metodbirləşmələrin vasitəsi ilə hər bir müəllimin elmi-praktik , bu günün tələblərinə cavab verə biləcək, metodik səviyyəni yüksəltmək, tədrisin keyfiyyətini yaxşılaşdırmaq, müəllimin hərtərəfli hazırlıq səviyyəsini artırmaq imkanlarını yaradır. Qabaqcıl təcrübəyə malik müəllimlərin təcrübəsindən yararlanmağa, gənc müəllimlərə kömək məqsədi ilə onların dərslərinin dinləmələrinə şəraitin yaranmasına kömək edir. Metodbirləşmə rəhbərləri tərəfindən tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirlər, təlimin nəzəri məsələlərinə həsr olunmuş pedoqoji oxu mülahizələr, gənc müəllimələrlə iş, qarşılıqlı dərs dinləmə, fənn olimpiyadalarının hazırlıq keçirilməsi ilə bağlı, fənn üzrə sinifdənxaric və məktəbdənkənar işlər, şagirdlərin meyl, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində aparılacaq işlər, istedadlı şagirdlərlə iş haqqında görüləcək işlər planı müzakirə olundu. Sonda məktəbin TTİÜDM Elza Cəfərova metodbirləşmə sədrlərinə öz tövsiyələrini verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi