Məktəb kollektivinin gəzintisi

231 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının sədri Aygün Məmmədova 2024–2025-ci tədris ili ərzində məktəb kollektivi üçün bir sıra sosial və rifah yönümlü tədbirlər həyata keçirmişdir.
İl ərzində məktəb əməkdaşlarına müxtəlif hallarda maddi yardım göstərilmiş, onların sosial ehtiyaclarına həssaslıqla yanaşılmışdır. Bu təşəbbüslər müəllim və texniki heyətin rifahının yaxşılaşdırılmasına yönəldilmiş və kollektivdə həmrəylik ruhunu daha da gücləndirmişdir.
Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə il sonunda məktəb kollektivi üçün Azərbaycanın səfalı güşələrindən birinə gəzinti təşkil olunmuşdur. Bu təşəbbüs əməkdaşlar arasında motivasiyanın və komanda ruhunun yüksəldilməsində mühüm rol oynayır.
Məktəb rəhbərliyi və kollektiv göstərilən diqqət və dəstəyə görə həmkarlar təşkilatının sədrinə təşəkkürünü bildirir və gələcəkdə də bu cür faydalı fəaliyyətlərin davam etdiriləcəyinə ümid edir.