Pedaqoji şuranın 2024/2025-ci tədris ilinin yekun iclası keçirildi

21 iyun 2025-ci il tarixdə məktəbdə Pedaqoji Şuranın növbəti iclası kecirildi. İclasda direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Seymur Yusibov çıxış edərək, 2024/2025-ci tədris ilinin yekunları, əldə olunan uğurlar, IX və XI sinif şagirdlərinin imtahan nəticələri haqqında məlumat verdi. Həmçinin I-VIII və X sinif şagirdlərinin yuxarı siniflərə keçirilməsi, IX-XI buraxılış sinif şagirdlərinə attestatların verilməsi, tədris ili ərzində keçirilən aylıqlar müzakirə olundu. STEAM, Rəqəmsal bacarıqlar, Kiçik Akademiyanın yekun hesabatları dinlənildi. Məktəbin TTİÜDM Elza Cəfərova məktəbin şagird kontingenti, məktəb üzrə ümumi keyfiyyət faizi, siniflər üzrə keyfiyyət faizi haqqında məlumat verdi.Sonra digər müəllimlərin eləcə də inzibati heyyətin yekun hesabatları dinlənildi.