2024-2025 ci tədris ilində məktəbi bitirən məzunlara attestatların verilməsi yekunlaşdırılmışdır

2024-2025 -ci tədris ilində N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə tam orta təhsil səviyyəsini bitirmiş 17 şagird olmuşdur. İlk öncə tam orta təhsil səviyyəsini bitirmiş məzunlara dövlət nümunəli təhsil sənədinin - attestatların verilməsi üçün məktəbdə bütün işlər tamamlanmışdır. 19.06.2025 -ci il tarixində məktəbin TTİÜDM Elza Cəfərova tərəfindən XI sinif şagirdlərinə tam orta təhsil haqqında attestatlar paylanıldı. 2 məzun isə məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.