Son Zəng tədbiri keçirildi

      14 iyun 2025-ci il tarixində Pirallahı rayon N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilmişdir.

 Təntənəli şəkildə keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Hüseynov, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı İctimai-Siyasi və Humanitar məsələləri üzrə baş məsləhətçi Anar Babayev, məktəb müəllimləri, şagirdlər, valideynlər iştirak etmişlər.

Tədbirdə çıxış üçün ilk söz məktəbin TTİÜDM Elza Cəfərovaya verildi. "Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb sizə ikinci bir ailə olub. Siz burada yazıb-oxumağı da, vətəni sevməyi də, bir-birinizə qardaş-bacı olmağı da öyrəndiniz. Bu gündən etibarən siz məktəbə şagird kimi yox, müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəksiniz. Arzu edirəm ki, bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin və sizi öz qoynunda sevimli balası kimi əzizləyən məktəbinizi, istəkli müəllimlərinizi, qayğısız həyatlarınızı heç vaxt unutmayın" deyə arzularını məzunlara bildirdi.

  Daha sonra söz "Son zəng” tədbirlndə iştirak edən Rayon İcra Hakimiyyətinin əməkdaşı İctimai-Siyasi və Humanitar məsələləri üzrə baş məsləhətçi Anar Babayevə verildi. Məzunları əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından təbrik edərək, onlara xoş arzularını bildirmiş, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etmişlər.  2024-2025-ci tədris ilinin uğurlarından söz açılaraq qeyd edilmişdir ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri bu sahəyə verilən yüksək dəyərin bariz ifadəsidir. Məhz onun müəyyənləşdirdiyi strateji xətt bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və müəllimlərin sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr – məktəb tikintiləri, təhsil ocaqlarının əsaslı təmiri, müasir avadanlıqla təminatı və innovativ təhsil təşəbbüsləri bu sahəyə olan xüsusi qayğının bariz nümunəsidir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı minlərlə şagird və müəllim üçün yüksək təhsil şəraitinin yaradılmasına xidmət edir. Nitqin sonunda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təbrik məktubu məktəbin TTİÜDM Elza Cəfərovaya təqdim edildi. Məzunları təbrik etmək üçün məktəbin qocaman müəllimlərindən Xəqani Alməmmədova və valideynlər komitəsinin sədri Gülnarə Bayramovaya verildi.
       Daha sonra tədbir məzunların hazırladığı bədii kompozisiya ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi