Sinif jurnallarının təhvili
13.06.2025 ci il tarixində məktəbin TTİÜDM Elza Cəfərova 2024-2025 ci tədris ilinin yekunu olaraq sinif rəhbərlərindən jurnalları təhvil aldı. Sinif jurnallarının qiymətləndirmələr səhifəsində kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri, şagirdlərin yarımillik və illik qiymətləri, şagirdlərin nəailliyətləri haqqında məlumat, şagirdlər tərəfindən buraxılmış gün və saatların miqdarı, sinif təşkilat saatlarının uçotu, şagirdlərin fiziki hazırlığının göstəriciləri yoxlanıldı , nəticəsindən aslı olaraq tövsiyə və təklifləri "Sinif jurnalının aparılmasına dair qeydlər" səhifəsində qeyd edildi.