Sinif təşkilat saatlarının yekun iclası

  Sinif rəhbərlərinin apardığı tərbiyəvi işin ən mühümü olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsinə düzgün istiqamət vermək üçün çox faydalı və gərəklidir. Sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək məqsədi ilə maarifləndirici, istiqamətləndirici və təşkiledici istiqamətdə mütəmadi olaraq siniflər üzrə sinif təşkilat saatı keçirilir. İl ərzində keçirilən təşkilat saatları sinif şagirdlərinin fəallığı və təşəbbüskarlığı ilə keçdi. Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq sinif təşkilat saatlarında həftənin ən əlamətdar günləri, sinif nümayəndəsi, təmizlik komissiyasının sədri, qəzet redaktoru və s. ictimai vəzifələrə uyğun olan şagirdlərin gördükləri işlər müzakirə olunurdu. Həmçinin il ərzində təlim-tərbiyə işlərinin vəziyyəti, məktəbdə və ictimai həyatda davranış qaydaları, sinif və məktəb yoldaşları ilə ünsiyyət qurma bacarığı sinif rəhbəri tərəfindən müəyyən edildi. Heç vaxt unutmamalıyıq ki, tərbiyə etdiyimiz şagird müstəqil Azərbaycanımıza xidmət edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi