"Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir keçirildi

"Konstitusiya xalqın iradəsini, müstəqillik və demokratiya prinsiplərini əks etdirən ali hüquqi sənəddir. Azərbaycan Konstitusiyası dövlətimizin demokratik, hüquqi və dünyəvi əsaslarını müəyyən edir və xalqımızın gələcək inkişaf yolunu istiqamətləndirir”.
Yuxarıda qeyd olunan sitat Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsasların qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyəti əks etdirir. Ölkə konstitusiyası məhz Ulu Öndərin rəhbərliyi altında hazırlanmış və qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərarı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu hadisə ölkənin tarixində iz qoyan mühüm mərhələni və milli-mədəni dəyərlərin, hüquqi müstəqil dövlətin və xalq iradəsinin qorunmasını özündə əks etdirir.
N.S.Teymurov adına 231 nömrəli məktəbdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir keçirildi.