Ailəmə minnətdaram

"Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 10 iyun tarixində N.S.Teymurov adına 231 nömrəli məktəbin şagirdləri "Ailəmə minnətdaram" adlı divar qəzetləri hazırladılar.
Məktəbin TTİÜDM Elza Cəfərovanın iştirakı ilə psixoloq Kübra Nağıyeva tərəfindən VIa sinif şagirdlərinin iştirakı ilə "Ailəmə minnətdaram " mövzusunda maarifləndirici məşğələ keçirildi. Ölkəmizin inkişafında, milli dəyərlərinin bərqərar edilməsində ailə dəyərlərinin rolunun böyük olduğu vurğulandı. Şagirdlərdə ailə dəyərlərinin hörmətlə yanaşmanın vacibliyi, ailəni sevmənin vacibliyi qeyd edildi.
Sonda şagirdlərin hər biri tərəfindən “Ailəmə minnətdaram” məktubu yazıldı.