Müəllimlərin "Gündəlik dərs icmalı" yoxlanıldı

Dərsin keyfiyyətlİ olması üçün müəllim gündəlik planlaşdırma aparmalıdır. Dərsin metodikası tələb olunan standarta, tədris olunacaq mövzuya uyğun müəyyənləşdirilir. Bunun üçün də əvvəlcədən planlaşdırma aparılır.
Dərs planının başlanğıcında, ilkin olaraq, tarix, fənnin və dərsin tədris olunacağı sinifin adı qeyd olunmalıdır. Sonra isə dərsin mövzusu, standart və dərsin məqsədi yazılmalıdır. Dərs planında dərsin metodu, tipi və istifadə olunacaq resurslar da mütləq plana əlavə edilməlidir. Dərsin gündəlik planlaşdırılması həm dəftərdə, həm də elektron versiyada yazıla bilər. Lakin icmalı yazmazdan əvvəl mütləq şəkildə məktəb rəhbərliyi ilə dəqiqləşdirmə aparmaq lazımdır. Bu məqsədlə məktəbin TTİÜDM Elza Cəfərova gündəlik olaraq müəllimlərin "Gündəlik dərs icmalı" proqramına nəzarət edir.