"Türk tarixinə səyahət" mövzusunda xüsusi dərs

Türk xalqları dünyanın ən qədim və köklü xalqlarından biridir, geniş ərazidə yayılmış, müxtəlif dillərə malik, mədəniyyətləri və tarixi irsləri ilə fərqlənən qruplardır. Onları birləşdirən dil, mədəniyyət, adət-ənənələr və tarixi dəyərlərdir. Məktəbin tarix müəllimi Günay İsmayılova tərəfindən VIII sinif şagirdləri ilə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Türk tarixinə səyahət" mövzusunda xüsusi dərs keçirildi. Dərsin keçirilməsinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim mədəniyyətlərinin öyrənilməsindən ibarət oldu. Şagirdlər türk dövlətləri haqqında təqdimatlar edib müzakirələr apardılar.
Dərsin sonunda müəllim qeyd edib ki, türk dünyası çox qədim və zəngin tarixə malik, eyni zamanda dünyanı lərzəyə salacaq qədər güclü sərkərdələr yetişdirib. Bizim də borcumuz bu tarixi qoruyub gələcək nəsillərə ötürməkdən ibarətdir.