"Milli musiqimiz, milli dəyərlərimizdir" mövzusunda tədbir

  Qədim tarixə zəngin mədəniyyətə malik xalqımız çox qədim musiqi ənənələrinə malikdir. Böyük inkişaf yolu keçən xalqımızın mədəniyyəti, musiqisi də getdikcə inkişaf edərək yeni ənənələr qazanıb, gün keçdikcə zənginləşir. Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində tədbir təşkil edildi.
  “Milli musiqimiz , milli dəyərlərimizdir” adlı tədbiri məktəbin musiqi müəllimi Yeganə Həsənova təşkil etdi. Tədbiri açıq elan edən Yeganə Həsənova bildirdi ki," Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır”. Daha sonra şagirdlər milli mahnılar ifa etdilər, rəqslər və maraqlı səhnəciklər nümayiş etdirdilər. Sonda məktəbin TTİÜDM Elza Cəfərova təşkil etdiyi maraqlı tədbirə görə musiqi müəllimi Yeganə Həsənovaya minnətdarlığını bildirdi və "Sertifikat"la tərtif etdi

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi