VIII sinif üzrə mərkəzləşdirilmiş böyük summativ qiymətləndirmə keçirildi

30.05.2025-ci il tarixində VIII sinif şagirdləri arasında məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili,riyaziyyat və ingilis dili fənlərindən mərkəzləşdirilmiş böyük summativ qiymətləndirmə keçirildi. Şagirdlərə təqdim olunan tapşırıqlar açıq və qapalı olmaqla II yarımil ərzində keçirilən mövzuları əhatə edirdi. BSQ məktəb rəhbərliyi tərəfindən təyin olunan nəzarətçi müəllimlərin iştirakı ilə keçirildi.