1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günüdür

  1 İyun -  “Uşaqların Beynəlxalq Müdafiəsi Günü “ dür. Uşaqların problemləri bütün dövrlərdə cəmiyyətin diqqət mərkəzində olub, problemin həlli istiqamətində yollar axtarılıb. İndi uşaq hüquqlarının qorunması dünya dövlətlərinin siyasətinin prioritetinə çevrilib. Uşaqları Beynəlxalq Müdafiə Günü isə 1950-ci ildən bütün dünyada qeyd edilir. Həmin ilin 1 iyununda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının keçirdiyi Qadınların Beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib.  Həmin konfransda hər il iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. O vaxtdan bu gün tarixə düşüb. 1999-cu ildə BMT “ Uşaq hüquqları “ haqqında konvensiya qəbul edib. Az sonra Azərbaycan da bu konvensiyaya qoşulub. 1998-cu ildə isə ölkəmizdə “ Uşaq hüquqları “ haqqında qanun qəbul olunub. Azərbaycanda da uşaqlara diqqət və qayğı gündən-günə artır. Ölkəmizdə bu istiqamətdə sistemli, ardıcıl iş aparılır. 2009-cu il Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “ Uşaq ili “ elan edilib. 

 N.S.Teymurov adına 231 nömrəli məktəbin UBTR Günel Cəbrayılova və musiqi müəllimi Yeganə Həsənovanın təşəbbüsü ilə yatadılan qızlardan ibarət xor qrupu məktəbin şagirdlərini öz ifaları ilə təbrik etdilər. 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi