Həmkarlar İttifaqı təşkilatının iclası keçirildi

İlk Həmkarlar İttifaqı təşkilatının sədri Aygün Məmmədova müəllimlərlə görüş keçirərək yay aylarında istirahət və sağlamlıq məqsədilə təşkil olunan göndərişlər barədə ətraflı məlumat verib. Görüş zamanı o, həmkarlar ittifaqının üzvləri üçün mövcud olan imtiyazlar, seçim meyarları və müraciət qaydaları barədə danışıb.
Sədr, həmçinin, müəllimlərin sosial rifahının və sağlamlığının qorunmasının həmkarlar ittifaqının əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, hər bir üzvün bu imkanlardan istifadə etməsini təşviq edib. Görüş sual-cavab formatında davam edib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.