Kitabxanada fəal oxucularla görüş

  Məktəb kitabxanası – təkcə kitabların saxlandığı yer deyil, həm də bilik, təxəyyül və yaradıcılığın nəfəs aldığı müqəddəs bir məkandır. Burada hər səhifə yeni bir aləmə aparan qapıdır. Elə bu sehrli məkanda keçirilən “Fəal oxucularla görüş” tədbiri də həm maraqlı, həm də motivasiyaedici bir gün kimi yadda qaldı.
 Məktəbin kitabxana müdiri Mirzəhra Bayramova fəal oxucuların məktəb həyatında və şəxsi inkişafında oynadığı roldan danışdı, il ərzində 100dən çox şagirdin mütamadi olaraq kitabxanaya müraciət etdiyini, bədii, elmi əsəsrlərlə maraqlandıqlarını xüsusi olaraq vurğuladı. Daha sonra il ərzində ən çox kitab oxuyan şagirdlərin adları elan olundu və onlar böyük alqışlarla qarşılandı. Hər bir fəal oxucu öz sevimli kitabı haqqında qısa təqdimat etdi. Bu təqdimatlar məlum oldu ki, kitablar təkcə məlumat qaynağı deyil, həm də insana düşünməyi, empatiya qurmağı, xəyallara dalmağı və həyatın mənasını anlamağı öyrədir.
Bu görüş, digər şagirdlərə də oxumağa maraq yaratdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi