28 May - Müstəqillik Günü

28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi. Müstəqilliyin yenidən qazanılması ilə onun qorunması arasında mühüm fərq var idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və liderliyi nəticəsində bu çətin və mürəkkəb yol uğurla keçildi. O, Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, ölkədə sabitliyi bərpa etdi və dövlət quruculuğunun əsaslarını gücləndirdi.
27.05.2025 ci il tarixində N.S.Teymurov adına 231 nömrəli məktəbin şagirdləri tərəfindən 28 May - Müstəqillik Gününə aid divar qəzetləri hazırlanmışdır.