"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərin övladlarının məktəbin STEAM otağı ilə tanışlıq

STEAM fənni XXI əsr bacarıqlarını — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, effektiv ünsiyyət və problemlərin həllində innovativ yanaşma qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə praktiki və yaradıcı öyrənmə mühitinin qurulması vasitəsilə müxtəlif fənlərin inteqrativ yanaşma əsasında tədrisini təşviq edir. Şagirdlər real həyat problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq etməyi öyrənirlər.
Həmçinin layihə şagirdlərin müasir texnologiyalara adaptasiya olunmasını sürətləndirməyi və İKT avadanlıqları, robototexnika, 3D modelləşdirmə, mühəndislik kimi innovativ vasitələrdən istifadə bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bu yanaşma yalnız biliklərin ötürülməsi ilə kifayətlənmir, həm də şagirdlərin düşüncə tərzini, təşəbbüskarlığını və gələcəkdə öz cəmiyyətlərinə töhfə verə biləcək liderlik xüsusiyyətlərini inkişaf etdirməyə yönəlib. Bu məqsədlə STEAM müəllimi Könül Mahmudova tərəfindən "Ailəm və məktəbim" layihəsi çərçivəsində "Valideynlərin övladlarının məktəbində STEAM otağı ilə tanışlıq" mövzusunda görüş keçirildi. Valideynlər STEAM proqramları, avadanlıqlarla yaxından tanış oldular. Daha sonra valideynlər övladlarının STEAM proqramı ilə hazırladıqları əl işləri və məktəbin STEAM guşəsinə baxış keçirildi.