Müəllimlərlə sertifikatlaşdırma prosesi ilə bağlı görüş

Müəllimlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir. Məktəbin TTİÜDM Elza Cəfərova, psixoloq Kübra Nağıyeva,Həmkarlar təşkilatının sədri Aygün Məmmədova və ötən illərdə sertifikatlaşmada iştirak etmiş İlahmə Ağayeva sertifikatlaşmada iştirak edəcək müəllimlərə görüş keçirdilər. Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, müəllimlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi barədə geniş məlumat verilib.