"Suverenlik:müstəqilliyimizin simvolu", "Konstitusiya:hüquqlarımızın qarantı" mövzularında inşa müsabiqəsi keçirildi

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Biz bu gün müstəqil, suveren,hüquqlarımızı bilən və bütöv bir ölkəyik.
Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Məktəbin tədbirlər planına əsasən mütamadi olaraq "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş silsilə tədbirlər keçirilir. Bu gün "Suverenlik:müstəqilliyimizin simvolu" və :Konstitusiya:hüquqlarımızın qarantı" mövzularına aid inşa yazı müsabiqəsi keçirildi. Azərbaycan dili, ədəbiyyat müəllimləri Vəzxanım Əmirbəyova və İlhamə Ağayeva 5-11 sinif şagirdləri arasında inşa yazı müsabiqəsinin final mərhələsini keçirtdilər. Seçilən şagirdlərin inşalarında bədiiliyə, faktların dəqiqliyinə, sitatlardan istifadəyə, həcmliyə diqqət yetirildi. I, II və III yerə layiq görülən şagirdlər elan olundu.