Kiçik Akademiyanın yenilikləri, hesabatı və gəzintisi

  Məktəbdə "Kiçik Akademiya"nın fəaliyyət göstərmə məqsədi yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkar edilməsidir. "Kiçik Akademiya" çərçivəsində istedadlı şagirdlərlə iş üzrə nəzərdə tutulan tədbirlər, o cümlədən fənn olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi konfrans və seminarlar keçirilir. Məktəbin TTİÜDM Elza Cəfərova və riyaziyyat , informatika müəllimi Samirə İsgəndərova  "Kiçik Akademiya"nın fəaliyyətinə diqqət yetirirlər. Onların keçirdiyi tədbirlərdə iştirak edir. Şagirdlərə öz tövsiyələrini verir, təcrübəli müəllimlərin bu işə cəlb olunmasına şərait yaradırlar. Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən VIII sinif şagirdləri iştirak edirlər. Məktəb müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və hesabatlar hazırlayırlar. "Kiçik Akademiya" üzvləri tez- tez «Dəyirmi masa»lar keçirir, araşdırmalar aparırlar. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər həm fərdi, həm də qrup şəklində tədqiqatlar aparırlar. "Kiçik Akademiya" üzvlərindən Zəhra Ağayeva öz ixtirasını akademiya üzvləri və müəllimlərə təqdim etdi. Akademiya üzvləri il ərzində gördüyü işlərin, təcrübələrin hesabatlarını verdilər.

   "Kiçik Akademiya"nın rəhbəri Samirə İsgəndərova akademiya üzvləri ilə gəzinti təşkil etdi.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi