Şagird parlamentinin hesabatı

21.05.2025-ci il tarixində N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə "Şagird parlamenti"nin hesabat iclası keçirildi. İclasda məktəbin TTİÜDM Elza Cəfərova, psixoloq Kubra Nağıyeva, riyaziyyat müəllimi Samirə İsgəndərova, UBTR-i Günel Cəbrayılova və şagird parlamentinin üzvləri iştirak etdi. Parlament üzvləri 2024-2025 -ci tədris ilində birgə fəaliyyətləri nəticəsində müxtəlif maarifləndirici tədbirlərdə iştirak ediblər. Şagirdlər tədris ili müddətində keçirdikləri tədbirlər, iştirak etdikləri müsabiqələr,əldə etdikləri nailiyyətləri haqqında hesabat verdilər.