Gənc müəllimlərlə görüş

20 may 2025-ci il tarixində məktəbimizdə gənc müəllimlərlə növbəti görüş keçirildi. İclasın əsas məqsədi gənc müəllimlərin adaptasiya prosesində üzləşdiyi çətinliklərə dair davamlı dəstək göstərmək və onların məktəb icmasına daha fəal şəkildə inteqrasiyasını təmin etmək idi. İclas zamanı Təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova çıxışında gənc müəllimlərin məktəbin inkişafında oynadığı rolu yüksək qiymətləndirdi, onların daim dəstəklənəcəyini və peşəkar inkişafına şərait yaradılacağını vurğuladı. Həmkarlar təşkilatının sədri Aygün Məmmədova isə gənc kadrlarla aparılan mütəmadi görüşlərin vacibliyini qeyd edərək, gələcəkdə də bu kimi təşəbbüslərin davam etdiriləcəyini bildirdi. Gənc müəllimlər isə son aylar ərzində qazandıqları təcrübələri və gələcək məqsəd , hədəfləri haqqında fikirlərini paylaşdılar.