Metodbirləşmə iclası keçirildi

19.05.2025-ci il tarixində məktəbin TTİÜDM Elza Cəfərova metodbirləşmə sədrləri ilə iclas keçirdi. İclasda II yarımildə müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanması, ayrı-ayrılıqda təşkil olunmuş metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılmaşdır. İclasda MÜTDA tərəfindən IV və VI siniflərdə keçirilən monitorinq nəticələri də təhlil olundu. Sonda "Böyük summativ qiymətləndirmə"yə hazırlıq müzakirə olundu. Metodbirləşmə sədrləri böyük summativ qiymətləndirmənin keçirilmə tarixini müəyyənləşdirdilər.