Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü

23 Aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə VIII sinif şagirdləri ilə dəyirmi masa keçirilib. İlk olaraq mövzu ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd olunur. Əlamətdar günün məqsədi kitabların geniş əhatə dairəsini, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir.