Şagirdlərimizin uğuru
22 aprel 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ABAD məhəllələrarası turnir təşkil olunub. Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əziz tutulması olmuşdur. Turnirdə müxtəlif komandalar arasında gərgin və maraqlı idman mübarizəsi müşahidə olunub.
Yarışın yekun nəticələrinə əsasən, N.S.Teymurov adına 231 nömrəli məktəbin voleyboldan ibarət komandası II yerə layiq görülüb.
Qalib komanda Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlarla təltif olunublar.