Sağlam və rasional qidalanma

    Sağlam bədəndə sağlam ruh olar deyiblər. Bədənin sağlam olması üçün qidalanma əsas şərtdir. Orqanizmin tələb etdiyi vitaminləri yediyimiz qidalardan alırıq, sağlam qida immun sistemimizi gücləndirir, bədənimizi qüvvətləndirir, bizi xəstəliklərdən qoruyur. Uşaq vaxtı qəbul etdiyimiz qidalar bünövrəmizi formalaşdırır. Sağlam qidalanan uşaq böyüyəndə də bunu həyat tərzinə çevirir, beləliklə sağlam qidanı həyatının mühüm parçası edən insanın orqanizmi də daha sağlam olur. Beyinin fəaliyyəti də düzgün və bol vitaminli qida ilə sıx bağlıdır. Bu baxımdan məktəb yaşda uşaqların sağlam qidalanması cəmiyyətin marağında olmalıdır. Bu məqsədlə şagirdlərlə mütamadi olaraq maarifləndirici söhbətlər aparılır.Məktəbin ibtidai sinif müəllimi  Aygün Məmmədova III sinif şagirdləri ilə "Sağlam qidalar" mövzusunda tədbir keçirdi. 

  Məktəbin psixoloqu Kübra Nağıyeva VI və VII sinif şagirdləri ilə "Qida təhlükəsizliyi" mövzusunda maarifləndirici söhbət apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi