İngilis dili fənnindən "National values of Azerbaijan" dərsi

Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında qədim milli-mənəvi dəyərləri ilə tanınıblar. Xalqımız həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Uzun illər aparılan araşdırmalar, tədqiqatlar Azərbaycanda bu gün də mövcud olan bir çox adət-ənənənin qədim köklərə malik olduğunu sübut edir. 15 aprel 2025-ci il tarixində məktəbin ingilis dili fənn müəllimi Afaq Nəbiyeva tərəfindən VI sinif şagirdləri ilə "National values of Azerbaijan" mövzusunda dərs keçirilib. Dərsin məqsədi uşaqlara milli-mənəvi dəyərlərin vacibliyi,onların necə qoruya biləcəyimizi şagirdlerə aşılamaqdır.Sinifdə 3 qrupa ayrılan qrup işi təşkil olunmuşdur .Hər bir qrup ingilis dilində milli-mənəvi dəyərlər haqqında təqdimat hazırlayıb təqdim etdilər.Şagirdlər səhnəcik qurdular .Dəyərlər haqqında videoya baxaraq müzakirə təşkil olundu.