"Gənc riyaziyyatçılar" adlı bilik yarışı
Riyaziyyat bütün elmlərin açarıdır.
Şagirdlərdə riyazi bilikləri inkişaf etdirmək, onlarda riyaziyyat fənninə marağı artırmaq məqsədilə aprel ayı "Riyaziyyat aylığı" elan olunmuşdur. "Riyaziyyat aylığı" çərçivəsində Riyaziyyat dərslərində "Bilik yarışmaları" ,nümunəvi dərslər keçirilir. Müxtəlif mərhələlərdən ibarət olan bu yarışmalarda siniflər fəallıq göstərdilər. Bilik yarışlarının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
15 aprel 2025-ci il tarixində məktəbin Riyaziyyat müəllimi Samirə İsgəndərova VIII sinif şagirdləri ilə "Gənc riyaziyyatçılar" adlı bilik yarışı keçirdi.İlk öncə şagirdlər yarışın şərtləri ikomandalara izah edildi.Yarışda "Dahilər" ,"Zəka" və "Qaliblər" komandaları iştirak edib.Yarış üç turda keçirilib. Riyaziyyat, İnformatika və Məntiq fənnləri üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda “Dahilər” komandası qalib olub.Sonda qalib komanda mükafatlandırıldı.