Reproduktiv məşğələlər davam etdirilir

    Məktəbin psixoloqu Kübra Nağıyeva tərəfindən VIII və IX sinif şagirdləri ilə "Reproduktiv Sağlamlıq" proqramı çərçivəsində "Erkən nigahın fəsadları" və "Qohumlararası nigahın fəsadları" mövzusunda məşğələlər keçirilmişdir.
Şagirdlər ilə qarşılıqlı şəkildə erkən və və qohumlararası nigahın fəsadları, erkən ailə qurulması nəticəsində ortaya çıxacaq fiziki, psixoloji və maddi problemləri, habelə, qohumlararası nigahların səbəbləri haqqında fikirlər şərh olundu. Sonda şagirdlər Azərbaycanda  erkən və qohumlararası nigahların qarşısının alınması üçün həlli yollarını təklif etdilər. Məşğələlər, mühazirə, müzakirə və qruplarla iş formasında keçirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi