Narkomaniya və kiber təhlükəsizlik

        Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Beləki, 231 nömrəli tam orta məktəbdə “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  Dövlət Proqramı”nın icrası ilə bağlı “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra edən Seymur Yusibov, PR Polis İdarəsinin əməkdaşı Nurlan Hüseynov, PRİH - nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev,  “Ailə Sağlamlıq Mərkəzi”nin həkimi məktəb kollektivi və şagirdlər iştirak edirdilər.  Tədbirdə iştirak edən qonaqlar şagirdlərə narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verdilər. Bildirdilər ki,ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam ,savadlı gənclikdən asılıdır.Hər bir yeniyetmə və gənc diqqətini təhsilə və idmana yönəltməlidir. Sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri“Narkomaniyaya yox”deməyə,  sağlam həyat və mənəvi kamilliyə çağırdılar. Daha sonra indiki dövrdə əksər məlumatların rəqəmsal mühitdə saxlandığı üçün kibertəhlükəsizliyin aktuallığı və informasiya təhlükəsizliyi ixtisasının populyarlığının getdikcə artdığı barədə şagirdləri məlumatlandırıldı və qeyd edildi ki, informasiya təhlükəsizliyi mütəxəssisi istifadəçilər və bütün şirkət haqqında məlumatların məxfiliyini təmin edir, məlumatların sızmasının qarşısını almaq üçün tədbirlər görür, lokal şəbəkənin vəziyyətini müntəzəm təhlil edir, zəiflikləri və virus hücumlarını aradan qaldırır, kiber hücumların qarşısını alan bir sistem yaradır.

   Sonda tədbirdə iştirak edən məktəbliləri maraqlandıran suallar cavablandırıldı və mövzu ilə bağlı müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi