Dəyərlərimiz bədii ədəbiyyatda

Fəaliyyət planına əsasən "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Vüsalə Bayramova tərəfindən II sinif şagirdlərinə milli dəyərlərimiz bölməsindən "Qarabağ atları" mövzusunda nümunəvi dərs keçirilmişdir. Şagirdlər "Qarabağ atlarının şöhrəti" mətnini müzakirə etdilər ,Qarabağ atlarının növləri, onların tarixi, şöhrət qazanaraq geniş yayılması və "Çövkən oyunu" haqqında geniş məlumatlar əldə etdilər, videoçarx izlədilər. Daha sonra kitabxana müdiri Zəhra Bayramova və UBTR Günel Cəbrayılovanın təşəbbüsü ilə "Dəyərlərimizi qoruyaq" layihəsinə əsasən şagirdlərin dərsliklərində qeyd edilmiş milli geyimlərimiz, həmçinin milli geyimlərimizin üzərindəki naxışlar haqqında şagirdlərə ətraflı məlumatlar verildi, nümunələr göstərildi. "Dəyərlərimiz bədii ədəbiyyatda" guşəsi ilə şagirdlər tanış edildi. Guşədə "Azərbaycan etnoqrafiyası və ensiklopediyası" adlı kitablar sərgilənmiş, şagirdlər kitablarda milli dəyərlərimiz mövzuları ilə tanış etdirilmişdir.