İmtahan həyəcanının idarə olunması

   İmtahan stressinin idarə olunması üçün psixoloji dəstək olduqca vacibdir. Açıq ünsiyyət, pozitiv düşüncə və düzgün hazırlıq metodlarını bilmək, şagirdlərə daha rahat və inamlı şəkildə imtahanlara yanaşmağa kömək edir.
Məktəbin psixoloqu Kübra Nağıyeva tərəfindən IX sinif şagirdləri ilə "İmtahan həyəcanının idarə olunması" mövzusunda məşğələ keçirildi. İlk öncə şagirdlər ilə imtahan həyəcanının dərəcəsini müəyyən etmək məqsədi ilə psixodiaqnostik sorğu aparıldı. Daha sonra  məşğələ zamanı imtahanöncəsi və imtahan  prosesində yaranan neqativ fikirlərin pozitiv istiqamətə yönəldilməsi yolları, düzgün düşüncə formalarının formalaşdırılması, eləcə  də şagirdlərin özünüidarəetmə bacarıqlarının inkişaf etdirilməsi müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi