Aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər

   1-5 aprel tarixlərində N.S.Teymurov adına məktəbdə 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutulması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda sinif saatları təşkil edildi.

Aprel döyüşləri ilə əlaqədar divar qəzetləri, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirildi.

Tədbirlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir, 2016-cı il aprelin 1-dən   2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısının qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad olması barədə şagirdlərə geniş məlumat verilir.

Aprel döyüşləri kimi tarixə düşən hadisələr zamanı  Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub və azad olunan ərazilərdə yeni mövqelər qurulub. Döyüşlərdə Erməni silahlı qüvvələri böyük itkilərə məruz qalıb.

Şagirdlər aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söylədilər, ədəbi-bədii kompozisiyalar göstərdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi