"Bullinqlə mübarizə" mövzusunda dərslərin təşkili

Bullinqə məruz qalmış şəxslərdə özünəqapanma,, özgüvənəskikliyi və intihar halları baş verir. Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda, bullinq və intihar arasında, əlaqənin çoxluğu ortaya çıxır. Bu səbəbdən mütəmadi olaraq məktəbdə bullinqlə bağlı mütamadi olaraq silsilə məşğələlər, dərslər təşkil olunur. "Ümumtəhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar"a əsasən növbəti addımlardan biri kimi, sosial - emosional və bullinqlə mübarizə bacarıqlarını formalaşdırmaq üçün dərslər təşkil edilir.
Məktəbin fizika müəllimi Könül Mahmudova sinif saatı hesabına 6-ci sinif şagirdləri ilə və biologiya müəllimi Xaqani Alməmmədov 9-cu sinif şagirdləri ilə "Bullinq və bullinqlə mübarizə qaydalar"ı haqqında dərs təşkil etdilər.
Məşğələlər zamanı şagirdlər bullinqlə mübarizə mövzusunda ətraflı şəkildə maarifləndirildilər. Şagirdlərə bullinqə məruz qaldıqda necə davranmaq və kimlərə müraciət etmələri tövsiyyə olundu. Məşğələlər zamanı şagirdlərə slayd və videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi