"Fiziki və Kimyəvi hadisələr" mövzusunda nümunəvi dərs

Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnməyən hadisələrə fiziki hadisələr deyilir. Bu zaman maddənin yalnız aqreqat halı və ya forması dəyişir.
Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnən hadisələr kimyəvi hadisələr adlanır. Bu zaman başlanğıc maddədən yeni maddələr əmələ gəlir. Kimyəvi hadisələrə kimyəvi reaksiyalar deyilir. Kimyəvi reaksiyaları rəng dəyişməsi, çöküntü alınması,qoxunun əmələ gəlməsi, qaz əmələ gəlməsi kimi xarici əlamətlərinə görə təyin etmək olar. Məktəbin kimya fənn müəllimi Gülnar Əhmədova "Fizika-Kimya fənn aylığı"na həsr edilmiş "Fiziki və Kimyəvi hadisələr" mövzusunda nümunəvi açıq dərs keçdi. Dərs müasir təlim metodlarına uyğun, qruplarla iş formasında təşkil olunmuşdu. Müəllim dərsin səmərəli təşkili üçün əyani vəsaitlərdən, kimya fənninə aid vasitələrdən istifadə etdi. Şagirdlər mövzunun müzakirəsi zamanı çox sərbəst idilər. Şagirdlərin fəallığı dərsi mənimsədiklərini göstərdi.