İdman həftəsinin hesabatı

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə 4-10 mart tarixləri Ümumi Təhsil Müəssisələrində “İdman həftəsi” elan edilmişdir. Təlimata uyğun olaraq:
Proqramın I günü (04.03.2025)
1. Səhər gimnastikası (II-XI siniflər)
Cavabdeh şəxs: fiziki tərbiyə müəllimi Cəfər İmanov
2. İdmançıların yarışa hazırlığının psixoloji yanaşması (V-XI siniflər)
Cavabdeh şəxs: psixoloq Kubra Nağıyeva, fiziki tərbiyə müəllimi Cəfər Imanov
Psixoloji söhbət zamanı bildirildi ki, bu gün ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Ümumi təhsil müəssisələrində idman həftəsinin proqramına əsasən məktəbin V-XI şagirdləri ilə "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda məktəbin bədən tərbiyəsi müəllimi C.İmanov və məktəb psixoloqu K.Nağıyeva şagirdlərlə görüş keçirdi. K.Nağıyeva yarışlar zamanı idmançılara psixoloji dəstəyin vacibliyini qeyd etdi. İdmanla məşğul olmaq üçün insan psixoloji cəhətdən iradəli, xarakterli olmalıdır. İdmançının yarışa hazırlığı özünə inamdan və qələbəyə nail olmaq istəyindən də asılıdır. Bütün bunlarla yanaşı psixoloji durumun da qaydasında olması idmançıya birbaşa olaraq kömək olur.
Proqramın II günü (05.03.25)
1. "Olimpiya oyunları uşaqların gözü ilə" əl işlərinin hazırlanması(kağız, plastilin və s.)
Proqramın III günü (06.03.25)
1. Sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri ( III-IV, V-VIII siniflər)
2. Rəsm müsabiqəsi (I-IV siniflər üzrə seçilən rəsm nümunələri sərgiləndi)
3. “Ən sürətli şagird” qaçış yarışı (III-IV siniflər 20 metr, V-VII siniflər 30 metr, VIII IX siniflər 60 metr məsafə)
Proqramın IV günü (07.03.25)
1. “Şən startlar” estafet yarışının keçirilməsi (III-IV və VI-VII siniflər arasında)
2. Basketbol yarışı: (V-XI siniflər)
3. Qol güləşi: (X-XI siniflər)
Proqramın V günü (10.03.25)
1. Esse yazı
Mövzu: "Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq"(II-XI siniflər)
10 mart tarixində İdman həftəsinə yekun vuruldu. İdman həftəsi çərçivəsində keçirilən idman yarışlarında fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən Diplom ilə təltif olundu.