İməclik aksiyası keçirildi

08.03.2025-ci il tarixində, saat 09:00-da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon iməciliyi keçirildi. Məktəbin kollektiv üzvlərinin iştirakı ilə geniş miqyaslı iməcilik aksiyası təşkil edildi. Aksiya zamanı məktəbin həyətyanı sahəsində təmizlik və abadlıq işləri aparıldı. Məktəbin həyətyanı sahəsi daş-kəsəkdən və alaq otlarından təmizləndı, ağacların gövdələri əhənglə ağardıldı.