8 Mart Beynəlxalq Qadınlar Bayramı

  8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagen sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir.Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə şagirdlər hazırladıqları divar qəzetlərini məktəbin foyesində sərgilədilər, kitabana müdiri Mirzəhra Bayramovanın təşəbbüsü ilə tarix müəllimi Günay İsmayılova və VI sinif şagirdləri dəyirmi masa keçirdilər. Dəyirmi masada müəllim bayramın yaranma tarixi ilə şagirdləri məlumatlandırdı. III sinif şagirdləri sinif rəhbəri Aygün Məmmədovanın təşkilatçılığı ilə təsviri incəsənət dərsində 8 Mart bayramına həsr edilmiş şəkillər çəkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi