Oxu, Kəşf et, İlham al !

Şagirdlərə kitaba maraq, bədii ədəbiyyata davamlı həvəs yaratmaq məqsədi ilə müxtəlif maarifləndirici tədbirlər görülür. Məktəbin kitabxanasında kitabxanaçı Mirzəhra Bayramova “Oxu, Kəşf et, İlham al” başlığı altında kitabxanaya yeni gətirilmiş bədii ədəbiyyatların sərgisini təşkil etdi. Sərginin əsas məqsədi oxucuların bədii zövqünün formalaşdırılması, mütaliə mədəniyyətinin yüksəldilməsi, psixoloji motivasiyanın oyadılması və yeni oxucuların kitabxanaya cəlb edilməsidir.